22 iyul – Milli Mətbuat günü
22 iyul – Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bütün mətbuat nümayəndələrini Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından ürəkdən təbrik etdi. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standardlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğuladı. Məhz Ümummilli Lider tərəfindən 1998-ci ildə senzuranın aradan qaldırıldığını qeyd etdi. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etdi. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılmış vəsaitə uyğun olaraq jurnalistlər üçün 156 mənzildən ibarət yaşayış binasının istifadəyə verilməsini göstərdi.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunmuşdur.