Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyev: Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”

13 iyul 2013 | 10:00

Ukraynanın görkəmli şairəsi Lesya Ukrainkanın xatirəsinə həsr edilmiş dəyirmi masa 12 iyul 2013-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Mərasimə Ukrayna səfirliyinin məsul işçiləri, Ukrayna Konqresinin Azərbaycandakı nümayəndələri, YAP Qaradağ rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı aparatın məsul işçiləri, Qaradağ rayon Ukrayna Cəmiyyətinin fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimdən öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Lesya Ukrainka adına Parkda dahi şairənin abidəsini ziyarət etmiş, büstünün önünə tər gül dəstələri qoymuşlar.
Mərasimi Azərbaycanda Ukrayna Konqresinin sədr müavini,  Konqresin Qaradağ rayon nümayəndəliyinin sədri Qalina Fyodorovna Qasımova açaraq, tədbirdə iştirak edən qonaqları salamlayaraq, Qaradağ rayonunun Ukraynanın İrpen şəhəri ilə qardaşlaşmasından, bu əlaqələrin bariz nümunəsi olan Lökbatandakı Lesya Ukrainkanın, İrpen şəhərində isə Azərbaycan xalqının görkəmli alımı, akademiki, oftalmoloq Zərifə xanım Əliyevanın xatirələrinə salınmış parklardan və bu parklarda dahi xanımların xatirəsinə ucaldılmış abidələrdən, ənənəvi olaraq hər il keçirilən tədbirlərdən geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən Ukrayna səfirliyinin nümayəndəsi R.Rüstəmov, YAP Qaradağ Rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycan Ukrayna ölkələrinin əlaqələrindən, Ulu Öndərin bu əlaqələrin möhkəmlənməsində rolundan, ölkə rəhbəri cənab İlham Əliyevin Ukrayna ilə əlaqələrin genişləndirilməsindən, mədəni əlaqələrin sıx olmasından ətraflı danışmışdır.
Daha sonra Azərbaycanda Ukrayna Konqresinin Qaradağ rayon nümayəndəliyinin Gənclər Təşkilatının sədri Ruslan Çupilko, Konqresin Nərimanov rayon nümayəndəliyinin sədri Natalya Mixaylovna Dujdurova çıxış edərək Lesya Ukrainkanın həyat və fəaliyyətindən ətraflı məlumat vermişlər.
Tədbirin sonunda Azərbaycanda yaşayan Ukraynalıları adından Ölkə rəhbəri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Müraciətdə bildirilmişdir ki, Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dünyanın siyasi xəritəsində Azərbaycan Respublikasının öz strateji mövqeyini təmin etməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının nəzəri əsaslarının formalaşdırıldığı və bu əsasda möhkəm bünövrənin qoyulduğu taleyüklü bir mərhələ oldu.
Ulu öndər Heydər Əliyev özünün dərin siyasi zəkasının, zəngin və mükəmməl dövlətçilik təcrübəsinin məhsulu və şah əsəri olan müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras qoydu.
Cənab Prezident, ölkəmizdə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsi xalqımızın ürəyindən xəbər verir. 2003-cü və 2008-ci illərdə xalqın böyük dəstəyi ilə Sizin Prezident vəzifəsinə seçilməyiniz Ümummilli Liderimizin varisi, onun siyasi kursunun layiqli davamçısı kimi Sizə bəslənilən sonsuz inam və məhəbbətin parlaq təzahürü idi.
Vətənini, xalqını sevən hər bir şəxs Azərbaycanda yaşayan ukraynalılar əhalisi adından Sizin yeritdiyiniz uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir, müdafiə edir və bu siyasətin ölkəmizə böyük nailiyyətlər gətirdiyini ifadə edirik. Ölkə rəhbəri kimi Sizin regionlara səfərləriniz, verdiyiniz qiymətli tövsiyə və tapşırıqlar, respublikamızın inkişaf və tərəqqini yüksək dəyərləndirməyiniz bizi daha əzmlə çalışmağa ruhlandırır. Bütün ölkədə həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, sürətli yüksəliş məhz ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin davam etdirilməsi sayəsində gerçəkləşmişdir.
Möhtərəm cənab Prezident Respublikamızın hərtərəfli inkişafına göstərdiyiniz ardıcıl diqqət və qayğıya görə respublikada yaşayan bütün ukraynalılar adından Sizə dərin minnətdarlığımızı, səmimi ehtiramımızı bildiririk.
Biz bu yüksək amala xidmət edənlər sırasında olmağımızla fəxr edirik. Çox hörmətli cənab Prezident Siz 2003-cü ildə dediyiniz sözləri xatırlatmaq istərdik: “Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğrultacağam!”
Ötən 10 il aşkar şəkildə göstərdi ki, Siz öz fəaliyyətiniz dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.
Məhz buna görə 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Sizin namizədliyiniz yenə də Azərbaycan cəmiyyətinin alternativsiz sosial-siyasi sifarişidir.
Azərbaycan xalqı indiyədək olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də yekdil şəkildə öz taleyini Sizə həvalə edəcəkdir!
Respublikada yaşayan bütün ukraynalılar xalqımızla yekdil mövqedədirlər.
2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Sizin cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi təklifini ürəkdən dəstəkləyir və müdafiə edirik!

Keçidlər