Ümummilli lideri Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 44-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
12 iyul 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 44-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Qaradağ rayon təşkilatı və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrünün Sovetlər İttifaqının hegemonluğu dövrünə təsadüf etməsinə baxmayaraq dövlətin və xalqın inkişafı naminə misilsiz xidmətlər göstərdiyini vurğulamışdır. Onun qabiliyyəti sayəsində digər ittifaq respublikalarından bütün sahələrdə geridə qalan Azərbaycanın, aqrar ölkədən inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrildiyini, həmin dövrdə günü-gündən iqtisadi göstəricilərin artdığını, nəhəng sənaye obyektlərinin tikildiyini, geniş yaşayış sahələrinin salındığını, çoxlu sayda mədəniyyət, istirahət və idman meydançalarının inşa edildiyini qeyd etmişdir.
Daha sonra tədbir iştirakçıları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən bariz göstəricisinin isə azərbaycançılıq ideyalarının formalaşması, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi kimi qiymətləndirmişlər. Bu gün də Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf etməsinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlarını bəhrəsi olduğu qeyd olunmuşdur.