Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon gəncləri ilə görüş keçirildi.

10 iyul 2013 | 10:00


09 iyul 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Qaradağ rayon gəncləri ilə görüşü keçirildi.
Görüşdə Fondun və Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qaradağ rayon Gənclər və İdman İdarəsi, rayonun fəal gəncləri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğısından geniş danışaraq, keçirilən tədbirin məqsədi və eyni zamanda rayon gəncləri üçün əhəmiyyətindən bəhs etdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva  Fondun əsas məqsədinin Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləməkdən, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdən ibarət olduğunu vurğuladı.  Fondun  gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətinin həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının, elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəklədiyini, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırdığını, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimallaşdırdığını qeyd etdi. Fond tərəfindən 27 iyun-12 avqust 2013-cü il tarixində növbəti III Qrant müsabiqəsinin elan olunduğunu bildirdi. Bu müsabiqə vasitəsi ilə hər bir gənc öz layihəsini həyata keçirə bilmə imkanını qazanacağını diqqətə çatdırıldı.
Daha sonra tədbirdə iştirak edən gənclərin sualları ətraflı cavablandırılaraq onların da müsabiqədə fəal iştirak etmələri arzulandı.

Keçidlər