Çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi
04 iyul 2013-cü il tarixində Lökbatan qəsəbəsindəki 1941-1945-ci illər və Qarabağ müharibələrində həlak olan rayon sakinlərinin xatirəsinə yaradılan abidə kompleksinin önündə Qaradağ rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Zəfər Əliyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Rövşən Babayev, Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Qaradağ rayon təşkilatının sədr müavini Maqsud Heydərov, Şəhid ailəsi Nuridə Səfərova, Həqiqi hərbi xidmətə gedən çağırışçının valideyni Azər Ələsgərov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edək, onlara inkişaf edən ordumuzun gücündən, orduya təminatın çox yüksək səviyyədə olmasından, hərbi potensialımızda əldə olunan nailiyyətlərimizin əsasını məhz ümummilli liderimiz, ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bildirilmişdir.
Natiqlər müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparıldığından, qısa müddət ərzində nizami ordunun yaranmasından, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülməsindən, peşəkarlığın artırılmasına xüsusi önəm verildiyindən, Azərbaycanda peşəkar ordu formalaşdırması Müdafiə Nazirliyi qarşısında bir vəzifə kimi qoyulduğunu qeyd etmişlər.
Çağırışçıların nəzərinə çatdırıldı ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tez-tez hərbi hissələrdə olur, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşür. Bu da hərbidə ruh yüksəkliyinin, peşəkarlığın artmasına, müasir standartlara cavab verən ordunun formalaşmasına şərait yaradır. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənir, hərbi xərclər artır. Azərbaycanın ümumi hərbi xərcləri bu gün iki milyard dollardan xeyli çoxdur. Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və əminik ki, bundan sonra da bu, belə olacaqdır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür.
Son illər Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Müdafiə Sənayesi Nazirliyinin yaradılması, hərbi sənaye kompleksinin yeni tərkib hissəsi olan zavodun açılması ölkənin hərbi sisteminin, müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir.
Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılar Qurani-Kərimin və Azərbaycan Respublikasının bayrağı altından keçərək xidmətə yola salınıblar.