Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.

28 iyun 2013 | 10:00

27 iyun 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla cəmi 95 nəfər iştirak edirdi.
Şurada Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 01 iyul 2004-cü il tarixli 290 saylı sərəncamının Qaradağ rayonunda icra vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Qaçqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Ceyhun Əliyevin, Qaradağ rayonunun inzibati ərazisində yerləşən daş, qum və çınqıl yataqlarında yerin təkindən səmərəli istifadə və inkişafla bağlı vəziyyətin təhlili barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Seyfulla Ağayevin, Qaradağ rayonunda əhaliyə poçt, rabitə xidmətinin təşkilinin vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Emin Məmmədovun və Qaradağ rayonunda əhaliyə tibbi xidmətin vəziyyəti, səhiyyə müəssisələrinin fəaliyyətinin və sanitar-epidemioloji salamatlığın cari durumu barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusif Nəsibovun məruzələri dinlənilmişdir.
Gündəlikdəki məsələlər üzrə Qaradağ Telefon Qovşağının rəisi Oqtay Hüseynov, 5 saylı poçt filialının rəisi Qurbanxan Hacıyev, 32 saylı Şəhər Poliklinikasının baş həkimi Əlisafa Hüseynov çıxış etmişlər.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

Keçidlər