Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində səyyar görüş

29 iyun 2013 | 10:00

28 iyun 2013-cü il tarixində  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 350-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir.
Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 22 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir. Bu proqram haqqında bir daha ətraflı məlumat verərək başçı rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində danışmışdır.

Keçidlər