YAP Qaradağ rayon təşkilatının ilk partiya təşkilatları ilə görüş keçirildi.
20 iyun 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədovun sədrliyi ilə YAP Qaradağ rayon təşkilatının ərazi ilk təşkilat sədrləri ilə görüş keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, millət vəkili Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi açan Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov YAP-ın V qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin ümumi rəyinin ifadəsi olduğunu bildirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 10 il ərzində görülən işlərin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini, həmin dövrlə indiki Azərbaycanı müqayisə etsək nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğumuzu vurğuladı. Ölkənin iqtisadi inkişafı artıq insanların həyat səviyyəsinin yaxşılaşması, rahat şəraitin yaradılması ilə özünü göstərdiyini, Bakının digər rayonlarında olduğu kimi Qaradağ rayonunda da dəyişiklərin nəzərə çarpacaq qədər aydın göründüyü səsləndirdi. Hər bir Azərbaycan vətəndaşının Prezident İlham Əliyevə və onun növbəti 5 ildə ölkənin inkişafına töhfə verəcəyinə inandığını, YAP-ın yerli təşkilatlarının rəhbərlərinə və üzvlərinə seçkilərdə aktiv olmağı xüsusilə vurğuladı.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda gedən inkişafın göz qabağında olduğunu qeyd etdi. Gənclərə göstərilən xüsusi diqqət və qayğıdan danışaraq Heydər Əliyev Fondunun rolunun əvəzsiz olmasını bildirdi.