Şriftin ölçüsü :

Saytın rəngi :

“Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi”

19 iyun 2013 | 10:00

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi tarixində “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli çərçivəsində 18-24 iyun tarixlərində keçiriləcək Beynəlxalq Forum iştirakçılarını 18 iyun 2013-cü il Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəbul etmişdir.
“Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli adlı beynəlxalq konfransa dəvət edilmiş qonaqları - Ukraynanın Vinnitsa Gənclər Təşkilatının, Polşanın Varşava Gənclər Mərkəzi Assosiasiyasının, Polşanın Könüllülər Xidmətinin, Ukraynanın Ukrayna Gənclər Forumunun, Belarusiyanın Rotaract-Minsk Gənclər Klubunun, Moldovanın İctimai Elmlər üzrə Tələbələr Assosiasiyasının, Belarusiyanın Alternativ Gənclər Platformasının, Ukrayna Tələbələr Birliyinin, Moldova Gənclər Hökümətinin, Belarusiya Gənclərinin Könüllü Əmək Liqasının, Bolqarıstanın “Peşəkar Təhsil Forumu” Gənclər Assosiasiyasının, Litvanın Sahibkarlıq üzrə Gənclər Bürosunun, Gürcüstanın AEGEE-nin, İsveçrənin “Hümgarden” Gənclər Assosiasiyasının, Belorusiyanın “Fialta” Açıq Gənclər Mərkəzinin, Latviyanın Liepajas “Gənc Qartallar” Birliyinin, Almaniyanın “Avropa Vətəndaşları” və EVS Almaniya, Rumıniyanın “Gənc Tərəfdaşlar” Assosiasiyasının, Gürcüstanın Gənclər Təşkilatının Milli Şurasının və Moldova Gənclər Təşkilatlarının Milli Şurasının liderləri qəbul etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qonaqlara Ulu Öndər Heydər Əliyevin daima gənclərə diqqət və qayğısından söz açmış, 1969-cu ildən məhz Ümummilli Liderin təşəbbüsü ilə azərbaycanlı gənclərinin dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil almasından, onlara göstərilən yüksək etimaddan danışmış, bu gün ölkə rəhbəri cənab İlham Əliyevin bu kursu uğurla həyata keçirməsini vurğulamışdır. Qaradağ rayonu haqqında ətraflı məlumat verərək, respublikanın sənaye mərkəzlərindən birinə çevrilən Qaradağda gənclərə olan qayğı və diqqətdən, Prezident İlham Əliyevin Qaradağa hər zaman həssas və özəl münasibətindən danışmışdır.
Tədbirdə iştirak edən xarici gənclərdən Pelyhes Livia, Stankevich Yulia, İuchanka Hanna, Pkhandze Tamar və digərləri Azərbaycana gəlişlərinin ilk anından məmnun qaldıqlarını bildirmişlər.

Keçidlər