Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Qurtuluş Günü münasibəti ilə aztəminatlı ailələrə yardım edilmişdir.

15 iyun 2013 | 10:00

       14 iyun 2013-cü il tarixində 15 iyun - Qurtuluş Günü münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilmişdir.
        Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Qubatov, Zəfər Əliyev, aparatın məsul işçiləri və rayon ictimaiyyəti iştirak etmişlər.
        Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev görüşdə iştirak edən hər kəsi 15 iyun - Qurtuluş Günü münasibəti ilə təbrik etmişdir.
Hər bayramda olduğu kimi bu gün də Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonunun 120 aztəminatlı ailəsinə bayram payı verilmişdir.
Daha sonra görüş iştirakçıları hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan aztəminatlı ailələrə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir.

Keçidlər