24 mart 2018-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə peşə liseyində rayonun uşaq, yenitmə və gəncləri arasında 12 çəki dərəcəsində sərbəst güləş üzrə rayon çempionatı keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli, 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın Qaradağ rayonunda icrası məqsədilə 24 mart 2018-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə peşə liseyində rayonun uşaq, yenitmə və gəncləri arasında 12 çəki dərəcəsində sərbəst güləş üzrə rayon çempionatı keçirildi.
İlk olaraq Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbir iştirakçılarına “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmana göstərdiiyi diqqət və qayğının, ölkəmizə olan inam və etimadın nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli idman yarışlarının, Dünya və Avropa çempionatlarının keçirildiyi bir məkana çevrilmişdir. Güləş milli idman növü olduğuna görə ona gənclərimiz arasında maraq daha böyükdür. Vurğulandı ki, keçirilən yarış uşaq və yeniyetmələrimizi olimpiya və dünya çempionatlarına hazırlamaqda bir hazırlıq mərhələsidir.
Olduqca gərgin və maraqlı keçən yarışın ümumi yekun nəticəsinə əsasən qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olundular.