Şriftin ölçüsü :

Saytın rəngi :

Ümid qəsəbəsində səyyar görüş

15 iyun 2013 | 10:00

14 iyun 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 130-a yaxın qəsəbə sakini iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini  haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəsəbə sakinlərinə  Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı və görüləcək işlər barədə məlumat verilmişdir.

Keçidlər