Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan qəsəbəsində 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni bina tikilir.

09 iyun 2013 | 10:00

 

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Qobustan qəsəbəsində 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni bina tikilir.


Qaradağ rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2013-cü ilin ötən dövründə də saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlərin qazanılması ilə müşahidə olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və həmin Dövlət Proqramının Əlavə Tədbirlər Planında Qaradağ rayonu üzrə 113 tədbir nəzərdə tutulmuşdur. Onlardan 28-i icra edilmiş, 50-si hazırda icra edilir, 35-nin icrası 2013-cü il ərzində həyata keçiriləcəkdir.
Bu proqrama əsasən Səhiyyə sahəsi üzrə 2013-cü ilin ötən müddətində Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində rayonun tibb müəssisələri əsaslı təmir olunaraq avadanlıqlarla təchiz olunmuşdur.
Belə ki, Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar və poliklinika şöbəsinin və Müşfiqabad qəsəbəsində 13 nömrəli Şəhər Poliklinikasının əsaslı təmiri başa çatmış, açılışa tam hazır vəziyyətə gətirilmişdir.
Hazırda Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binanın inşası davam etdirilir.

Keçidlər