Səngəçal qəsəbəsində ictimaiyyətlə görüş keçirmişdir.
TOTAL E&P Absheron B.V. şirkəti tərəfindən həyata keçiriləcək Geofiziki və Geotexniki İşlərin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin Ekologiya İdarəsi tərəfindən hazırlanmış ilkin layihəsi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması üçün Qaradağ rayonu Səngəçal qəsəbəsi “Mədəniyyət Evi”ndə ictimai dinləmə keçirilmişdir.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ARDNŞ-in Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsi Məsələləri üzrə Departamentinin, Ekologiya İdarəsinin, TOTAL E&P Absheron B.V. şirkətinin, “İqlim” LTD şirkətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Səngəçal qəsəbəsi bələdiyyəsinin, yerli icmaların, o cümlədən maraqlı tərəflərin nümayəndələri iştirak etmişlər.
Görüş zamanı ƏMSSTQ sənədinin hazırlanması prosesində ərazidə ilkin vəziyyətin qiymətləndirilməsi üçün aparılmış tədqiqatlar, layihə sahəsinin flora və faunası, o cümlədən torpaq-bitki örtüyünün öyrənlməsi, layihə alternativlərinin müqayisəsi, geofiziki və geotexniki işlərin ətraf mühitə potensial təsirləri və onların yumşaldılması tədbirləri, həssas ərazilər və mədəni irsin tədqiqi, o cümlədən sosial sahəyə təsirlərin qiymətləndirilməsi işləri, barədə məlumat verilmiş, təqdimatlar keçirilmişdir.
Görüş zamanı yerli icmaların və maraqlı tərəflərin ƏMSSTQ sənədi ilə əlaqədar sualları cavablandırılmış, layihə üzrə rəy və təkliflər dinlənilmişdir.