Volqoqrad vilayətində Sənaye Sərgisinin açılışı olub
06 iyun 2013-cü il tarixində Volqoqradda "Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" mövzusunda IV forumun ikinci günündə Volqoqrad vilayətində "iqtisadi əməkdaşlığın yeni üfüqləri" adlı Sənaye Sərgisinin açılışı olub.
Bu barədə Rusiya Federasiyasının Volqoqrad vilayəti hökumətinin rəsmi saytı xəbər verir.
Volqoqrad vilayətinin 40-dan çox müəssisəsi Dördüncü Rusiya-Azərbaycan forumu çərçivəsində keçirilən sənaye sərgisində öz məhsullarını təqdim ediblər.
500-dən artıq kvadrat metr ərazini əhatə edən pavilyonun stendlərində Azərbaycan və Rusiya regionlarının iqtisadi, sənaye və innovasiya potensialı nümayiş olunub.
Volqoqrad vilayəti hökumətinin sədri Oleq Kersanov qeyd etmişdir ki, keçirilən bu sənaye sərgisi imkan verir ki, ikitərəfli işgüzar əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunsun. Həm hakimiyyət, həmçinin hər iki ölkənin biznes nümayəndələri əlaqələrin genişləndirilməsinə hazırdır. Sərgidə geniş investisiya potensialını aktiv təqdim edən Volqoqrad vilayəti üçün isə bu xüsusilə vacibdir".
Volqoqrad vilayəti sərgidə özünün aparıcı məhsul və emal sənayesi, əl işləri, yerli universitetlərin elmi inkişafların məhsulları ilə təmsil olunub. Bundan əlavə, açıq sərgidə Volgograd vilayətində istehsal olunan maşın və avadanlıqların nümunələri: avtobus, böyük nasoslar, təkərlər, təkərli traktorlar, kranlar, özüyeriyən çiləyicilər təqdim edilib.
Rusiya Federasiyası Prezidenti Aparatının Regionlararası və xarici ölkələrlə mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov bildirib ki, "Sərgi yaxşı təşkil olunub və şübhəsiz ki, bu Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək. Bu biznes əlaqələrinin uzun bir tarixi var, indi onlar regional komponent kimi inkişaf etməlidirlər. Sərgiyə baxdıqdan sonra belə qənaətə gəlmək olar ki, Volqoqrad vilayətinin bunun üçün bütün şəraiti vardır".
Azərbaycanın İqtisadi İnkişaf Naziri Şahin Mustafayev Forumun ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyinə inamlı olduğunu əminliklə bildirmişdir. O hesab edir ki, planlaşdırılmış görüşlər regionlar arası gəlirli biznes əlaqələr yaradılmasına imkan verəcək. Qeyd edək ki, Azərbaycan Volqoqrad vilayətinin on aparıcı iqtisadi tərəfdaşları sırasındadır.
2012-ci ilin nəticələrinə görə Volqoqrad vilayətinin Azərbaycanla əmtəə dövriyyəsi 140 milyon ABŞ dolları ötmüşdür.
Hazırda Volqoqrad vilayətinin ərazisində 10 müəssisə Azərbaycan kapitalının iştirakı fəaliyyət göstərir.