Uşaqların Beynəlxalq Müdafiəsi Günü
01 iyun 2013-cü il tarixində - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Lökbatan qəsəbəsindəki 4 saylı uşaq poliklinikasında 33 saylı Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən serebral paraliç, hemofiliya və talessemiya xəstəliyi olan uşaqlara bayram hədiyyələri paylanmışdır.
Tədbirdə 33 saylı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Elvira Rzayeva, Mərkəzin işçiləri iştirak etmişlər.
Onlar tədbirdə iştirak edən uşaqlara 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı məlumatlar vermiş, Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 İyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınması, həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edildiyi bildirilmişdir.
Uşaqlarla maraqlı oyunlar keçirmiş, onların arzu və istəkləri dinlənilmişdir. Uşaqlar bayram münasibəti ilə keçirilən bu aksiyanı bəyənmiş və sevinclərinin həddi-hüdudunun olmadığını bildirmişlər. Valideynlər isə uşaqlarının sevincinə görə ölkə başçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.