Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib

23 iyun 2026 | 18:02

   23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyəti aparatında və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak etmişlər.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov iştirakçıları peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.
   Çıxışında qeyd etmişdir ki, Azərbaycanda müasir dövlət idarəçiliyi sisteminin formalaşdırılması, dövlət qulluğu institutunun inkişafı və peşəkar kadr siyasətinin əsasının qoyulması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsipləri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlət idarəçiliyi sahəsində ardıcıl islahatlar həyata keçirilir.
   Vurğulamışdır ki, dövlət qulluğu cəmiyyət qarşısında yüksək məsuliyyət tələb edən şərəfli fəaliyyət sahəsidir. Dövlət qulluqçuları öz peşə fəaliyyətlərində qanunun aliliyini, şəffaflığı, obyektivliyi və vətəndaş məmnunluğunu əsas prinsip kimi rəhbər tutmalı, dövlətə və xalqa sədaqətlə xidmət etməlidirlər. Bildirmişdir ki, dövlət qulluqçularının hər bir addımı cəmiyyət tərəfindən diqqətlə izlənilir və vətəndaşlar gündəlik həyatlarında qarşılaşdıqları problemlərin həllində onlara böyük ümid bəsləyirlər. Bu etimadı doğrultmaq hər bir dövlət qulluqçusunun başlıca vəzifəsidir.
   Dövlət qulluğu sahəsində həyata keçirilən islahatların, idarəetmədə müasir yanaşmaların tətbiqinin, insan resurslarının inkişafının və dövlət qulluqçularının sosial rifahının yüksəldilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, ölkəmizdə dövlət qulluğunun daha da təkmilləşdirilməsi, peşəkarlığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
   Sonda dövlət qulluğu sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və nümunəvi xidməti ilə fərqlənən bir qrup əməkdaş Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Keçidlər