Şriftin ölçüsü :

Saytın rəngi :

23 avqust - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı və yaranmasının 29-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir

23 avqust 2022 | 12:22

   23 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı və yaranmasının 29-cu ildönümü münasibəti ilə  Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ rayonu ərazisində yerləşən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları iştirak edirdilər.
  Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə hər zaman ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq, Agentliyin yaranma tarixi haqqında, dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmətləri barədə məlumat verdi. Daha sonra bütün şəxsi heyəti səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, son zamanlarda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüş, müasir standartlara uyğun olaraq yenidən qurulmuş, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilmişdir. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz bu Agentliyə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
   Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olundular.

Keçidlər