Şriftin ölçüsü :

Saytın rəngi :

228 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsi rayon mərhələsi yekunlaşdı

05 aprel 2023 | 14:54

   2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə  əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

   Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

   Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri,  böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən  daha dərindən öyrənilməsinə töhfə verməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin təbliği, eləcə də böyüməkdə olan gənc nəsilə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıyır.

    İki mərhələdən ibarət olan müsabiqənin Qaradağ  rayon mərhələsi 04 aprel 2023-cü il tarixində Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə keçirilmişdir.

   Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi və dini qurumlsrla iş şöbəsinin əməkdaşı, politoloq Mirtural Mirsultanov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi və dini qurumlarla iş şöbəsinin əməkdaşı Aysel Mənsimova, Qaradag Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Munis Bayramov, Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli məktəbin direktoru Səkinə Rzayeva, müsabiqə iştirakçısı olan Qaradağ rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak ediblər. Müsabiqədə 19 nəfər şagirdin referatı dinlənilib.

Keçidlər