Uşaqların Beynəlxalq Müdafiəsi Günü
01 iyun 2013-cü il tarixində - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda istirahət edən uşaqlara bayram hədiyyələri paylanmışdır.
Ümumilikdə Qaradağ rayonu üzrə 1 iyun 2013-cü il tarixində rayonun istirahət parklarında məhəllələrində olan uşaqlara 2000-dən çox hədiyyə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən paylanılmışdır.
Bu tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının qəsəbələr üzrə nümayəndələri, qəsəbə bələdiyyələrin sədrləri, nümayəndəliklərin və bələdiyyələrin səlahiyyətli nümayəndələri iştirak etmişlər.
Onlar tədbirdə iştirak edən uşaqlara 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı məlumatlar vermiş, Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 İyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınması, həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edildiyi bildirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzaladığını və sərəncama görə 2009-cu il - "Uşaq ili" elan olunması haqqında danışmışlar.
Uşaqlarla maraqlı oyunlar keçirmiş, onların arzu və istəkləri dinlənilmişdir. Uşaqlar rayon İcra hakimiyyəti tərəfindən keçirilən bu aksiyanı bəyənmiş, valideynlər isə uşaqlarının sevincinə görə ölkə başçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.