1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü
30 may 2013-cü il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Sahil qəsəbəsindəki “Xəzri” şadlıq evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, rayon İcra hakimiyyətinin məsul işçiləri, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 9 saylı Xüsusi internat məktəbi və 39 nömrəli Kardiorevmotoloji Uşaq Sanatoriyasının uşaqları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərində biri olduğunu qeyd etmişdir. Uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsip olduğunu bildirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşdığını vurğulamışdır. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə artıq vüsət aldığını tədbir iştirakçılarının nəzərinə çatmışdır.
Daha sonra tədbir bayram şənliyi konserti ilə davam edərək cizgi film personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırmışdır. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Şənliyin sonunda uşaqlara hədiyyələr paylanmışdır.