“Son zəng”
31 may 2013-cü il tarixində Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilmişdir.
Orta məktəblərdə keçirilən təntənəli tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının səlahiyyətli nümayəndələri, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyəti iştirak etmişdir.
Bütün tədbirlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığı, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyi bildirmiş, məhz bu gün də təhsil sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri olduğu, ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqların tikildiyini, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət etdiyi vurğulanmışdır.
Məktəb məzunlarına uğurlar dilənmiş və hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olmaları arzulanmışdır.