Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qaradağ rayon təşkilatının X konfransı keçirilmişdir

31 may 2013 | 10:00

30 may 2013-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP V Qurultayı ərəfəsində Qaradağ rayonundan Qurultaya nümayəndələrin seçilməsi ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının X konfransı keçirilmişdir.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Siyavuş Novruzov iştirak etmişlər.
Tədbirdən əvvəl konfrans nümayəndələri Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül çiçək dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə YAP Qaradağ Rayon Təşkilatın sədri Aydın Hüseynov açaraq YAP siyasəti haqqında hesabat məruzəsi ilə çıxış edərək, IX konfransdan keçən dövrdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir.
Natiq partiyanın rayon təşkilatı və aparatının Qaradağ rayonunda həyata keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirakından, aparıcı siyasi qüvvəyə çevrilməsindən, hazırda YAP Qaradağ rayon təşkilatının 11054 nəfər üzvünün 122 ilk təşkilatında təmsil olunduğundan danışmışdır. Həmçinin qeyd etmişdir ki, IX konfransdan ötən müddətdə partiya rayon təşkilatının üzvləri arasında gənclərin və qadınların sayı daha da artmışdır.
Daha sonra Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının idarə heyətinin üzvü İxtiyar Şirinov çıxış edərək Qaradağ rayon təşkilatının Yeni Azərbaycan Partiyasının ayrılmaz tərkib hissəsi kimi bu illər ərzində şərəfli təkamül yolundan danışmışlar.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ölkəmizdə müxtəlif sahələrdə aparılan abadlıq-quruculuq işlərindən, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu partiyanın siyasi xəttin uğurla davam etdirməsindən, Azərbaycanın regionun lider dövlətinə çevrilməsindən, xalqımızın rifah halının günü-gündən daha da yaxşılaşdırılmasından ətraflı danışıb.
Rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov əldə olunan müvəffəqiyyətlərin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi karyerasının başlanğıcı kimi Qaradağ rayonundan Milli Məclisə deputat seçilməsinin bütün qaradağlılarda qürur hissinin formalaşdırdığını xüsusi ilə qeyd edib.
Konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının V Qurultayına YAP Qaradağ rayonun təşkilatından 26 nəfər nümayəndə seçilmişdir.

Keçidlər