Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
29 may 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla cəmi 93 nəfər iştirak edirdi.
Şurada Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji irsinin öyrənilməsi və təbliği üzrə Qaradağ rayonunda görülən işlər barədə Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Rayon Məşğulluq Mərkəzinin əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və işsizlərlə bağlı fəaliyyətinin təhlili, müəssisələrdə boş iş yerləri, kvotalar mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr və Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2013-cü ilin yaz-yay mövsümünə hazırlığının vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahmud Qubatovun, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta, Korgöz və Qızıldaş qəsəbələri üzrə nümayəndələrinin iş üslubları və metodları, nümayəndəliklərdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin təşkilinin vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Nadir Muradovun məruzələri dinlənilmişdir.
Gündəlikdəki məsələlər üzrə Rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov, Qaradağ Su Kanal Sahəsinin rəisi Etibar İbrahimov çıxış etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın Sədri cənab Süleyman Mikayılov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği üzrə işlərin daha da gücləndirilməsini, bu məqsədlə yaradılmış xüsusi təşviqat qruplarının işinin daha da genişləndirilməsi, rayonun qəsəbələrində, idarə müəssisə və təşkilatlarında ulu öndərlə bağlı guşələrin və stendlərin müasir tələblər səviyyəsində yenilənməsini, əlavə şəkillər, sənədlər və eksponatlarla zənginləşdirilməsini tapşırdı.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.