Magistral avtomobil yolunun ətrafının abadlaşdırılması davam edir.
Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində təxminən 30 km sahədə böyük abadlıq işlərinin həyata keçirilməsi davam etdirilir.
Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində təxminən 30 km sahədə böyük abadlıq işlərinin həyata keçirilməsi davam etdirilir.
Artıq yol boyu xüsusi ornamentli aqlay tavalarla üzlənmiş istinad divarları hörülmüş və müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, dekorativ ağaclar əkilmiş və yeni qazon salınmışdır.
Magistral yola xüsusi yaraşıq verən istinad divarları müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.
Bundan əlavə rayon ərazisində yerləşən Binə Ticarət Mərkəzini keçdikdən sonra Bakı-Astara (Qazax) magistral avtomobil yolunun sol tərəfində saat quraşdırılmışdır.
Bu saat yola xüsusi yaraşıq verməklə yanaşı, yolçulara dəqiq vaxtı bildirir.