Gözəlləşən Qaradağ
Möhtərəm Prezidentimizin bilavasitə təşəbbüsü ilə Qaradağ rayonunun qəsəbələrinin sürətli inkişafı və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulması davam etdirilir.
Möhtərəm Prezidentimizin bilavasitə təşəbbüsü ilə qəbul olunan müvafiq Dövlət Proqramı Bakı şəhərinin, o cümlədən Qaradağ rayonunun qəsəbələrinin sürətli inkişafına və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına böyük təkan olmuşdur.
Ölkə rəhbərliyinin dəstəyi ilə uğurla həyata keçirilməkdə olan bu proqram çərçivəsində, eləcə də rayonun daxili imkanları hesabına qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası genişlənmiş və bu istiqamətlərdə əməli tədbirlər görülmüşdür.
Belə ki, Lökbatan, Sahil, Qobustan, Ələt, Müşfiqabad və digər qəsəbələrdə müxtəlif küçələrinə yeni asfalt örtüyü salınmış, bordür qoyulmuş və dekorativ tamet döşənmişdir.
Hazırda rayonun qəsəbələrində bu işlər davam etdirilir və Proqram üzrə yaxın müddət ərzində demək olar ki, bütün məhəllədaxili yollar asfaltlaşdırılacaqdır.
Dörd müxtəlif istiqamətdən rayonun ərazisinə giriş hissələrində rayonun adını bildirən xüsusi konstruksiyalı göstəricilərin inşası davam etdirilir.