Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycan tarixi" elmi praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirildi.

01 aprel 2022 | 11:00

   01 aprel 2022-ci il tarixində Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndər  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə  keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi" elmi praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirildi.
   Müsabiqədə Qaradağ rayonu üzrə 26  məktəbin şagirdi, onların elmi rəhbərləri,  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi şöbəsinin əməkdaşı, politoloq Mirtural Mirsultanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar şöbəsinin müdiri Munis Bayramov və 228 saylı məktəbin direktoru Səkinə Rzayeva iştirak etmişdir.
   Təbdirdə yarımfinalçı şagirdlərin çıxışları dinlənildi.  Digər şagirdlərə isə 228 saylı məktəbdə yaradılmış komissiya tərəfindən həvəsləndirici "Təşəkkürnamə" və xarı bülbül döş nişanı təqdim olundu.
   Tədbirin sonunda Munis Bayramov çıxış edərək, inşa yazı müsabiqələrinin təşkilatçısı olan  Bakı Şəhər İcra Hakimiyyətinə, tədbirin keçirilməsində yüksək şərait yaratdığına görə 228 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkürünü bildirdi, müsabiqədə iştirak edən şagirdlərə, onların rəhbərlərinə öz tövsiyələrini çatdırdı və gələcək işlərində uğurlar arzuladı.

Keçidlər