Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Qobustan qəsəbəsində rayon içtimaiyyəti ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü qeyd edildi

31 mart 2022 | 11:00

   31 mart 2022-ci ildə Qobustan qəsəbəsində  Aşıq Rza adına mədəniyyət evində soyqırımı ilə bağlı tədbiri keçirilmişdir.
   Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur.   Lahiyə çərçivəsində hazırlanmış “Qaradağ Rayon Üzrə İkinci Qarabağ – Vətən Müharibəsi Şəhidlərimiz“ adlı kitabça  tədbir iştirakçılarının hər birinə paylanmışdır. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlərimiz  haqqında qısa məlumat verilir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, onun müavinləri, Hümanitar və ictimai-siyasi məsələlər üzrə şöbə müdiri, 91-lərin və YAP Ağsaqqallar Şurasının üzvü Munis Bayramov, RİH Aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvü  Səbinə Xasayeva,  Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına  Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova, Qobustanın “Şamlı Məsçidi” dini icmasının rəhbəri Hacı Qaraoğlan Həsənov, Qobustan qəsəbəsi 222 saylı tam orta məktəbin müəlliməsi Rasimə Şahbazova, Qobustan qəsəbəsi “Şəngülüm” körpələr evinin müdiri Dünyaxanım Zülfüqarova, şəhid ailələrinin üzvləri, qazilər iştirak və çıxış etmişlər. Tədbirin bədii hissəsində Qaradağ rayonu  Qobustan  Qəsəbəsi 223 və 195  saylı tam orta məktəb şagirdləri 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədər şeirlər  söyləmişdir. Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunmuşdur.
   Tədbir iştirakçıları verdikləri maliyyə və təşkilatı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına  Dövlət Dəstəyi Agentliyinin  rəhbərliyinə öz təşəkkürünü və minnətdərlığını bildirmişlər.

Keçidlər