Şriftin ölçüsü :

Saytın rəngi :

18 may - Beynəlxalq muzeylər günüdür

19 may 2013 | 10:00

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 18 may  Beynəlxalq muzeylər günündə Heydər Əliyev Mərkəzindəki muzeyə rayonun orta məktəb şagirdlərinin ekskursiyaları təşkil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 18 may  Beynəlxalq muzeylər günündə Heydər Əliyev Mərkəzindəki muzeyə rayonun orta məktəb şagirdlərinin ekskursiyaları təşkil edilmişdir.
Ulu öndərin adını daşıyan Mərkəzə gələn şagirdlərin diqqətini ən çox cəlb edən bu fenomen şəxsiyyətin şərəfli ömür yolundan bəhs edən fotoşəkillərdən və digər eksponatlardan ibarət olan muzey oldu.
Dövlət Təhlükəsizliyi Komitəsinə, sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrləri, ölkəmizin müxtəlif bölgələrində əməkçi insanlarla, Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə də dünyanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinin lentə alındığı fotolar dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətindən, dünyanın ən böyük dövlətlərinin rəhbərləri ilə keçirilmiş rəsmi görüşləri əks etdirən fotoşəkillər türk dünyasının dahi oğlunun Azərbaycanın beynəlxalq birlikdə öz yerini tutması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması sahəsində ardıcıl, məqsədyönlü siyasətinin həyata keçirilməsinin ayrı-ayrı anlarından xəbər verir.
Heydər Əliyevin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərin əsil qiymətini tarix verəcəkdir.
Elə indinin özündə də bu sahədə müəyyən işlər görülmüş, xeyli kitablar yazılmışdır.
Bu kitabların bir qismi Mərkəzin kitabxanasında vardır ki, ekskursiya gələn şagirdlər onlarla da yaxından tanış oldular.

Keçidlər