Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə

16 mart 2022 | 11:00

    16 mart 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə qanunsuz tikintilərlə və bu neqativ halların qarşısının alınmasına həsr olunmuş iclas keçirilmişdir. İcasda Qaradağ rayon ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri qəsəbə nümayəndələri və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə müzakirə edilib. Martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə 10 mart 2022-ci il tarixdə keçirilmiş toplantıda qeyd edilmiş nöqsanlar, Qaradağ ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə ciddi iradlar bildirilmiş və müvafiq tapşırıqlar verilmişdir.
   Bildirilib ki, son vaxtlarda qəsəbə nümayəndələrinə qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq onlar bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.
   İclasda ərazisində daha çox qanunsuz hallara yol verilmiş bir icra nümayəndəsi tutduğu vəzifədən azad edilmiş, iki nümayəndəyə töhmət və digər qəsəbə nümayəndələrinə ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 1 ay müddətində hesabat verilməsi tapşırılıb.
    iclasda həmçinin yaz mövsümü ilə əlaqədar rayondakı park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər