Qaradağ rayonunda “Bizim böyük qələbəmiz” adlı kitabın təqdimatı davam etdirilir
10.03.2022-ci il tarixində Qaradağ rayonu 180 nömrəli tam orta məktəbdə “Bizim böyük qələbəmiz” adlı kitabın təqdimatı keçirildi. Əvvəlcə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirildi. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra məktəbin direktoru A.T.Cəfərov tədbiri açıq elan etdi. O,çıxışında “Bizim böyük qələbəmiz” adlı kitabın yeni nəslin təlim – tərbiyəsində rolu və mahiyyəti barədə ətraflı danışaraq qonaqları təqdim etdi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Munis Bayramov , baş məsləhətçi Abbas Hüseynov , şəhid atası Vidadi Teyyubov və məktəbin müəllimi-Vətən müharibəsi iştirakçısı Əli Abbasov iştirak etdi. Bundan sonra məktəblilərin hazırladığı ədəbi – bədii kompozisiya göstərildi və videoçarx nümayiş etdirildi. Yekunda şöbə müdiri Munis Bayramov məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi.O,eyni zamanda kitabın ərsəyə gəlməsində xidməti olan Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirdi. Bu kitabın gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyət kəsb etdiyini vurğuladı.Bununla da tədbir yekunlaşdı.