Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim böyük qələbəmiz” adlı kitabın təqdimatı keçirilib

10 mart 2022 | 11:00

01 mart 2022-ci ildə rayonun Sahil qəsəbəsindəki 228 saylı tam orta məktəbində keçirilən tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar və dini məsələlər şöbəsinin nümayəndəsi Mirtural Mirsultanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, 03 mart 2022-ci il tarixində Ələt qəsəbəsindəki 110 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə şöbə müdiri Munis Bayramov, 09 mart 2022-ci il tarixində Lökbatan qəsəbəsindəki 288 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Qaradağ RİH başçısının müavini Təranə İsmayılova, məktəb rəhbərləri, müəllim-şagird kollektivi və qonaqlar iştirak etmişlər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, Müzəffər Ali Baş Komandanın müdrikliyindən, şanlı ordumuzun qəhrəmanlığından danışılmış, gənc nəslin vətənpərvərlik ruhunda inkişaf etməsi vurğulanmışdır.
Bütün tədbirlər məktəblilərin hazırladığı maraqlı ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.
Tədbirlərimiz davam etməkdədir.

Keçidlər