Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart – Bədən tərbiyəsi və idman günü”dür

05 mart 2022 | 11:00

   05 mart 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova,  məşqçilər, fiziki tərbiyə müəllimləri və rayon idmançıları iştirak edirdi. Dəyirmi masadan əvvəl rayon idmançılarının nailiyyətlərini əks etdirən sərgiyə baxış oldu.
   Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Daha sonra Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
   Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2005-ci il tarixli 654 saylı  sərəncamına əsasən 5 mart tarixi ölkəmizdə Bədən Təbiyəsi və İdman günü kimi qeyd olunur. Bu münasibətlə ölkə üzrə kütləvi tədbirlər, silsilə xarakterli idman yarışları, dəyirmi masalar keçirilir, müzakirələr və fikir mübadilələri aparılır. Artıq 17-ci  ildir ki, ölkə idmansevərləri bu günü böyük sevinc, böyük iftixar hissi ilə qarşılayırlar. Daha sonra E.Abbasov “5 mart – Bədən Tərbiyəsi və İdman günü” münasibətiloə idarə tərəfindən keçirilmiş tədbirlər haqqında qısa məlumat verdi. İdmançıları və idmansevərləri bayram günü münasibətilə təbrik edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasətinin bu gün milli idmanımızın hamisi, dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Qeyd olundu ki, irimiqyaslı beynəlxalq idman təddirlərinin ölkəmizdə keçirilməsi, aparılan uğurlu idman siyasətinin məntiqi nəticəsidir. Rayon idmançılarının uğurlarından danışan İcra Hakimiyyəti təmsilçisi artıq rayonda olimpiya medalçısının olduğunu söylədi. Çıxışında qızlardan ibarət rayon komandasının ölkə çempionu adını qazanmasını qeyd edən T.İsmayılova onları rayon İcra Hakimiyyəti başçısı adından təbrik edərək onlara daha böyük uğurlar arzu etdi.
   Idmançılar adından çıxış edən 11 № li Uşaq Gənclər İdman Məktəbinin direktoru Natiq Ələkbərov rayon idmançılarına göstərilən diqqət və qayğıya, rayonda güclü idmançıların yetişdirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq etdi və eyni zamanda məktəbin idman bölmələrində məşğul olan idmançıların cari ildə qazandığı nailiyyətləri iştirakçıların nəzərinə çatdırdı.
   Tədbirin sonunda şəhər, ölkə və beynəlxalq yarışların qalibləri fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər