Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü

31 dekabr 2021 | 11:00

   31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Xalqımız bu həmrəyliyi 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya bir daha sübut etmiş oldu.
   Bu uğurda həmrəyliyini isbat edən xalqımızın mərd övladlarının qanı və canı bahasına torpaqlarımız düşmən işğalından azad edildi. Torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçən şəhidlərimizin, qazilərimizin ailələri hər zaman Cənab Ali Baş Komandanın və dövlətimizin diqqətindədir.
   Qaradağ rayon İcra Hakimiyyəti 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Şəhid ailələrini ziyarət etmiş, onları bayram münasibəti ilə təbrik etmiş, onları narahat edən məsələlər ilə maraqlanmışdır.
   Qaradağ rayon İcra Hakimiyyəti rayon ərazisində  ikinci Qarabağ Müharibəsi 40 şəhid ailəsinin, 35 Vətən Müharibəsi iştirakçısı və müxtəlif dərəcəli bədən xəsarəti almış, əlillik təyinatı olmuş şəxslərin evlərini ziyarət etmiş və bayram sovqatları ailələrə çatdırılmışdır.
   Göstərilən yardımı xoş qarşılayan hər bir ailə onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirmişlər.

Keçidlər