"Nizami haradadır? - Burada ...Buradadır - deyər hər beyti" adlı elmi-bədii konfrans keçirib
30 dekabr tarixində 166 saylı məktəb Nizami ili ilə əlaqədar "Nizami haradadır? - Burada ...Buradadır - deyər hər beyti" adlı elmi-bədii konfrans keçirib.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda məktəb-liseyin direktoru Şəmsi Qocayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, müəllim heyəti və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Nuriyeva açdı, dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə danışdı.
Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdirməsinin dahi şairin irsinin daha dərindən araşdırılması və dünyada təbliği baxımından olduqca önəmli olduğu vurğulanıb.
Tədbirdə şair haqqında dəyərli fikirlər söylənib, şagirdlər dahi şairin əsərlərindən nümunələr səsləndirib. Qeyd edilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.