Sahil qəsəbəsində “Abad məhəllə” sakinlərin istifadəsinə verilmişdir
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.
Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.
Sahil qəsəbəsində 49, 51, 53, 55, 57, 56 və 59 saylı binalarının həyətində 3800 kv.m ərazidə salınmış növbəti abad məhəllə binalarda yaşayan 1852 nəfərin istifadəsinə verilmişdir.
Ətraf ərazilər abadlaşdırıldı, yeni yaşıllıq zolaqları salındı, abad məhəllədə kölgəliklər və uşaq meydançası quraşdırıldı. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edildi. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.
Qeyd edək ki, ərazidə 4 ədəd kölgəlik, 10 ədəd oturacaq, 1 ədəd uşaqlar üçün sürüşkən, 1 ədəd balans, 1 ədəd dairəvi yelləncək tərəzi quraşdırılmışdır. Abadlaşdırılan ərazidə yaşıllaşdırma işləri aparılması üçün 120 p/m yeni su xətti çəkilmiş, 200 ədəd müxtəlif həmişə yaşıl ağaclar əkilmiş, 450 kv.m qazon salınmışdır. Ətraf ərazinin yollarının təmiri məqsədi ilə 6500 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilmişdir. 1230 kv.m divar hörülmüş, 1600 kv.m suvaq işi görülmüş, 8 ədəd küçə işığı quraşdırılmış, 450 kv.m ağlay daşı vurulmuş, 200 kv.m aqlay salınmış, 400 kv.m bordür salınmışdır. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 3200 kv.m rənglənmə işləri aparılmışdır.