“Sağlam ailə – möhkəm cəmiyyətin təməlidir” mövzusunda dəyirmi masa
15 may 2013-cü il tarixdə neftçi Qurban adına 288 saylı tam orta məktəbdə Qaradağ Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon Gənclər və İdman İdarəsi və 288 saylı məktəbin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar “Sağlam ailə – möhkəm cəmiyyətin təməlidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Qaradağ Rayon İcra hakimiyyətinin məsul işçiləri, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin və 288 saylı orta məktəbin müəllim və şagird kollektivinin nümayəndələri iştirak etmişlər.
Dəyirmi masa gənclərin “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı maarifləndirmə layihəsi çərçivəsində keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülüstan Ağazadə mövzunun aktuallığı, keçirilmə zərurəti haqqında danışaraq fiziki və mənəvi cəhətdən sağlam olan ailələrin təhsilin inkişafındakı rolunu qeyd etdi.
Dəyirmi masada yaşlı və gənc nəslin nümayəndələrini təmsil edən müəllimlər Rasimə Beydullayeva, Fərqanə Bağırova ailə və məktəbin sosial məsələlərindən, valideynlərin və müəllimlərin müasir ailə tərbiyəsindəki rolundan danışdılar.
Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nurlanə Əliyeva milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunması barədə ətraflı söhbət açdı. Natiq çıxış edərək ailə ekologiyası, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin əhəmiyyəti barədə çıxış edərək bu sahədə hüquqi maarifləndirmənin, nikah müqaviləsinin əhəmiyyəti kimi aktual mövzular barədə də dəyirmi masa iştirakçılarını məlumatlandırdı. Yaşlı nəslin dəyərli təcrübəsindən faydalanmasını tədbir iştirakçılarının gənc nümayəndələrinə tövsiyə etdi. N.Əliyeva Azərbaycan xalqının dahi oğlu, görkəmli şəxsiyyət Heydər Əliyevin ailəsinin hər bir azərbaycanlı üçün gözəl bir ailə nümunəsi olduğunu xüsusi vurğulayaraq bildirdi ki, Ümummilli Lider, fenomen şəxsiyyət Heydər Əliyev həyatımızın istənilən sahəsində hər birimizə, xüsusilə gənclərə gözəl bir örnək modelidir. Onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın şəxsiyyəti xüsusilə gəc qızlar üçün bir ideal obrazdır. Akademik Z.Əliyevanın gözəl ana, qayğıkeş və diqqətli həyat yoldaşı, ciddi və tələbkar elm adamı, xalqını sevən ictimai xadim, valideynlərinin daim fəxr və qürur mənbəyi olan övlad, ona müraciət edən xəstələrə şəfa verən mehriban həkim olduğu bir daha hər kəsin diqqətinə çatdırılmışdır.
Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov gənc ailələrə dövlət qayğısından, Ulu Öndərin bu sahədəki rolundan, təsdiq edilmiş Dövlət Proqramlarından, onların icrası ilə bağlı görülmüş işlərdən söz açdılar.