Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində dekabrın 10-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində dekabrın 10-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
İlk öncə himn səsləndirildi və 1 dəqiqəlik sükutla anıldıqdan sonra Ulu öndərin Azərbaycan Mədəniyyətinə və incəsənət xadimlərinə verdiyi önəm və qayğıya həsr olunmuş film nümayiş etdirildi.
Sonra tədbirin aparıcısı Daşqın Sabiroğlu bildirdi ki, Müasir Azərbaycan qurucusu XX əsrin görkəmli dövlət xadimi, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir.
Qaradağ Rayon İcara Hakimiyyətinin İctimai-siyasi şöbənin müdiri Munis Bayramov qeyd etdi ki, ulu öndərin layiqli davamcısı İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu.
Sonra isə söz Milli Məclisin deputatı Aydın Hüseynova verildi.
Aparıcı səhnəyə 195 saylı orta məktəbin şagirdlərini dəvət etdi.
Qaradağ rayonu Yeni Azərbaycan partiya Sədri Qafar Əliyev Partiyasının qurucusu olan ulu öndər haqqında çıxış etdi.
Səhnəyə Qobustan qəsəbə ağsaqqallar şurasının sədri Allahverdi Məmmədov dəvət aldı. Çıxışcı ulu öndərin təhsilə verdiyi önəm və qiymətdən danışdı.
Sonra isə çıxış üçün söz verildi dini icma sədri Hacı Qaraoğlan Həsənova. O, Heydər Əliyevin hakimiyyəti dövrdə dini mərasimlərin keçirilməsi,məscidlərin bərpası ümumiyyətlə dinə verilən diqqət və qayğıdan danışdı.
Son olaraq söz Mədəniyyət evinin direktoru Əli Quliyevə verildi. Əli müəllim tədbir iştirakçılarına dəvətimizi qəbul etdiklərinə və çıxışlarına görə Mədəniyyət evinin kollektivi adından və şəxsən öz adından minnətdarlığını bildirdi.