Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda sanitar günü keçirilir

04 dekabr 2021 | 11:00

4 dekabr 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə uyğun olaraq Qaradağ rayonunun bütün qəsəbələrində iməclik keçirilmişdir. Rayonun küçələrində , səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. Eyni zamanda rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunmuşdur. Bundan başqa ərazidə zibilliklər yığışdırılmış, yaşıllıqlara müvafiq qulluq göstərilmişdir

Keçidlər