Heydər Əliyev Mərkəzində konfrans keçirildi
18 noyabr 2021-ci ildə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev, şəhid anaları, YAP-ın qocaman üzvləri, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir Dövlət himni ilə başlandı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra YAP-ın yaranmasına həsr edilmiş film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən noyabrın 21-i əlamətdar bir gündür. 1992-ci ilin bu günü YAP-ın yaranması tarixi zərurət idi. Belə bir ağır məqamda xalqımızın 91 nəfər vətənpərvər ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər. Ulu Öndər Heydər Əliyevin bu müraciətə cavabı, əslində, proqram xarakterli bir sənəd və inkişafımızın strategiyası idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək Ulu Öndər Heydər Əliyev xalqımızın yekdil çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni bir dövrə qədəm qoyduğunu, parçalanmaq, vətəndaş müharibəsindən və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, məhz bundan sonra ölkədə daxili ictimai-siyasi sabitlik yarandı, qanunun aliliyi qorundu və yeni bir inkişaf dövrünə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev qətiyyətli rəhbərliyi ilə ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir.
Başçı Ulu Öndərin sözlərini xatırlayaraq bildirib ki, bu gün Azərbaycan bütün dünyaya “günəş kimi doğdu”. Bütün beynəlxalq aləmə göstərildi ki, həm diplomatik danışıqlarda, həm hərb meydanında Azərbaycan öz sözünü deyən ölkədir. Ali Baş Komandan cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir və birmənalı şəkildə hamıya bəllidir ki, Azərbaycanda əldə olunan inkişaf, tərəqqi iqtidarda olan YAP-ın fəaliyyətinin nəticəsidir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var.
Daha sonra söz Yeni Azərbaycan Partiyasının qurucularından, məhşur 91-lərdən olan Əsədulla Qurbanova verildi. Əsədulla Qurbanov da Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin həyatında ən keşməkeşli dövr olan bir vaxtda Heydər Əliyevin necə məharətlə xalqı bəladan xilas etməsindən bəhs etdi.
Daha sonra Əli Əlirzayev Ulu öndərlə bağlı öz xatirələrindən danışdı və bu gün də möhtərəm prezidentimizin Ulu öndərin qoyduğu yolu necə layiqincə davam etməsindən bəhs etdi.
Sonra söz 91-lərdən olan Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Munis Bayramova verildi. Munis Bayramov da Yeni Azərbaycan Partiyasının qurucularından olduğundan fəxr duyduğunu və bu partiyanın dünənin, bu günün və sabahın partiyası olduğunu bildirdi.
Sonda Qaradağ rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, YAP-in üzvü, rayon Qızıl Aypara Cəmiyyətinin sədri Niyaz Eyvazov səmərəli fəaliyyətə və anadan olmasının 50-ci ildönümü ilə bağlı Fəxri Fərmanla təltif edildi.