Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Zəfər Günü”nün il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

08 noyabr 2021 | 11:00

8  noyabr  2021-ci il tarixində Qaradağ rayonunda “8 Noyabr – Zəfər günü” münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 8-ci  kilometrliyində  ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir.Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri, Millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 8 Noyabr tarixi müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ-Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 30 illik xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə  ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır. 
İctimaiyyət nümayəndələri ümumilikdə 900 ədədən çox müxtəlif növ ağac əkmişlər.Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.

Keçidlər