Şriftin ölçüsü :

Saytın rəngi :

“ QARABAĞ AZƏRBAYCANDIR!” adlı tədbir

05 noyabr 2021 | 11:00

05 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Müşfiqabad  qəsəbəsi 320 №-li  tam orta məktəbdə "Zəfər bayramı"na həsr olunmuş  “ QARABAĞ AZƏRBAYCANDIR!” adlı  tədbir keçirildi. Tədbirdə şəhid ailələri, qazilər, Vətən Müharibəsi Veteranları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.
Dövlət Himni səsləndikdən sonra məktəbin direktor əvəzi Sevinc Niftiyeva çıxış edərək tədbir iştirakçılarını müzəffər, şanlı ordumuzun cənab Prezident Ali baş komandan  İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi qələbə bayramı, zəfər tarixi münasibəti ilə təbrik etdi.
Zəfər yolu Şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi.
Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır.
İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi.
Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Tədbir vətənpərvərlik və qələbə ruhlu şeirlər, mahnılar şagirdlərin  ifasında  səslənərək, hazırlanmış bədii-kompozisiya ilə davam etdi.
Tədbirin sonunda  çıxışlar dinlənildi.

Keçidlər