Qobustan Mədəniyyət evində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
Aşıq Rza Qobustanlı adına Qobustan Mədəniyyət evində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhid ailələri, qazilər, Millət vəkili Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, qəsəbə ağsaqqalları və digər qonaqlar iştirak edirdi.
Konsert Dövlət Himni ilə açıq elan olundu və Vətən Müharibəsi şəhidləri ruhu birdəqiqəlik sükutla yad edildi.
Tədbirdə Millət vəkili Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı müavini Təranə İsmayılova çıxış etdi.
Tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Gülyaz və Gülyanaq Məmmədova və digər tanınmış müğənnilər çıxış etdilər.
195 saylı məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şerlər, vətənpərvərlik mövzusunda şerlər, “Şəngülüm” uşaq bağçasının uşaqları ədəbi bədii kompozisiya təqdim etdilər.