Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 5-i Qobustan Milli Tarix Bədii qoruğunda tədbir keçirildi

05 noyabr 2021 | 11:00

Noyabrın 5-i Qobustan Milli Tarix Bədii qoruğunda xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir.Tədbirdə Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Qobustan qoruğunun direktoru Vüqar İsayev 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın və Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi barədə bəhs edib.Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə danışmışdır. Tədbirdə baş leytenant Rəşad Zülfüqarov və İkinci Vətən Müharibəsi qazisi Elnur Əkbərov Qarabağ döyüşlərindəki ruh yüksəkliyindən bəhs edərək, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının xeyli zəif olduğunu, Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi əks-hücum nəticəsində onlara sarsıdıcı zərbələr vurduğunu və hazırda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasını tutduğunu bildiriblər. Qazilər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələri ilə mütəmadi keçirdiyi görüşləri, onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər: “Əgər cənab Ali Baş Komandan əmr edərsə, yaralanmağımıza baxmayaraq, yenə də torpaqlarımızın azadlığı uğrunda qanımızın son damlasına qədər döyüşməyə hazırıq”. Qazilərin çıxışından sonra Qarabağ döyüşlərini əks etdirən videoçarxlar nümayiş olunub. Tədbirin sonunda Mədəniyyət Nazirliyinin Həmkarlar ittifaqı ilə Qobustan qoruğunun birlikdə hazırladığı paylar qazilərə təqdim edilib.Daha sonra isə tədbir iştirakçıları muzeyin ekspozisiya zallarını ziyarət edib və qədim qayaüstü təsvirlərlə yaxından  tanış olublar.

Keçidlər