Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbi üçün yeni bina tikilir.

18 may 2013 | 10:00

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbi üçün yeni bina tikilir.

Qaradağ rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2013-cü ilin ötən dövründə də saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlərin qazanılması ilə müşahidə olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və həmin Dövlət Proqramının Əlavə Tədbirlər Planında Qaradağ rayonu üzrə 113 tədbir nəzərdə tutulmuşdur. Onlardan 28-i icra edilmiş, 50-i hazırda icra edilir, 35-nin icrası 2013-cü il ərzində həyata keçiriləcəkdir.
Bu proqarama əsasən Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbi üçün yeni bina tikilir.
Yeni 3-mərtəbəli bina bütün müasir standartlara cavab verəcək. Binada fərdi məşğələlər üçün 25 otaq, qrup məşğələləri üçün 5 otaq olacaq.
Bundan əlavə, 2 xor otağı, 1 zərb alətləri otağı, kitabxana, kiçik və böyük zallar, anbar və yeməkxana da olacaq.

Keçidlər