Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Peşə Litseyində Zəfər gününə həsr olunmuş bayram tədbirləri keçirildi.

05 noyabr 2021 | 11:00

Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 04.11.2021-ci il tarixdə 14 nömrəli Bakı Peşə Məktəbində, 05.11.2021-ci tarixdə isə 16 nömrəli Bakı Peşə Litseyində Zəfər gününə həsr olunmuş bayram tədbirləri keçirildi. Tədbirə Vətən Müharibəsi iştirakçiları, qazilər, şəhidin ailə üzvləri dəvət olunmuşdu.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə mərkəzin direktoru Şakir Hüseynov çıxış edərək Vətən Müharibəsində dövlət xalq birliyindən məlumat verərək  müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün strategiyası, müdrik qərarları ilə müzəffər ordumuzun 44 gün ərzində düşməni sarsıdıcı zərbələrlə məğlub edərək Zəfər gününü bizə bəxş etdiklərini bildirdi. Sonra müharibə iştirakçılarına söz verildi. Onlar da öz 44 günlük xatirələrini məktəbin tələbələri ilə bölüşdü. Onları vətənpərvər  xalqa, dövlətçiliyə sadiq olmağa çağırdılar. Şəhid ailə üzvləri də öz çıxışlarında şəhidlərə, onların ailə üzvlərinə göstətilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Tədbir məktəbin tələbələrinin hazırladığı kompazisiyalarla yekunlaşdı.

Keçidlər