Qaradağ rayonunda "Zəfər bayramı"na həsr olunmuş növbəti tədbir keçirilib
Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Qaradağ rayonunda fəaliyyət göstərən Məktəbəqədər təhsil müəssisələrində 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Tədbirlərdə şəhid ailələri, qazilər, məllimlər və gələcək nəslin əsgəri, həkimi və digər sənəd sahibi olacaq körpələrimiz iştirak edir.
Tədbirdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun xalqımıza bəxş etdiyi Zəfər tarixinin mahiyyəti açıqlanır. Bildirilir ki, Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs Şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizim böyük Zəfər yolumuz oldu. Həmin gün Ali Baş Komandanın əmri ilə əks hücuma keçən Azərbaycan Ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi.
Vətən müharibəsi dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələri nəticəsində uşaqların da ziyan çəkdikləri xatırlanır, Gəncə, Tərtər, Bərdə rayonlarında baş verən hadisələrin bunun əyani sübutu olduğu diqqətə çatdırılır.
Sonda uşaqlar milli və Zəfər qələbəsinin atributları ilə bəzədilmiş, Xarı bülbülün rəngləri ilə süslənmiş məkanlarda özündə vətənpərvərlik duyğularını əks etdirən kompozisiya ilə çıxış edirlər. Uşaqlar vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirir, mahnılar oxuyurlar, videoçarxlara baxırlar.