Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda «8 noyabr Zəfər günü»nə həsr olunmuş konsert proqramı keçirildi.

03 noyabr 2021 | 11:00

03.11.2021-ci il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və  Ə.Əmirov adına  Mədəniyyət Sarayının birgə  təşkilatçılığı ilə «8 noyabr Zəfər günü»nə həsr olunmuş konsert proqramı keçirildi.
Konsert Dövlət himni ilə açıq elan olundu və Vətən Müharibəsində şəhid olmuş qəhrəman igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin müavini Təranə İsmayılova və  digər rəsmi qonaqlar iştirak etdi.
Konserti giriş sözü ilə açan Təranə İsmayılova 44 günlük Vətən Müharibəsi haqqında məlumat verdi. Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu bildirdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Sarayın özfəaliyyət kollektivinin gənc ifaçılarından Vətən müharibəsi iştirakçısı  Məbud Əhmədov, Tural Mehri, Mədinə Əsgərova, rəqqasə İllona Tağıyeva və saz ifaçısı Vüqar Paşayev, dərnək üzvləri İsmayıl Məmmədzadə və Raul Əsədovun vətənpərvər şerləri, 9 saylı Uşaq Musiqi məktəbinin  nağaraçalanlar qrupu və muğam ifaçıları, 28 saylı Uşaq musiqi məktəbinin Kanonçalanlar ansamblı və 5 nömrəli Uşaq İncəsənət Məktəbinin ifaçısı Amin Şərifovun rəngarəng, vətənpərvər ruhda  çıxışları  ilə davam etdi.

Keçidlər