Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda qanunsuz ət kəsimi və satışının qarşısının alınması məqsədi ilə monitorinqlər keçirilmişdir

01 noyabr 2021 | 11:00

    01 noyabr 2021-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində birgə monitorinqlər keçirmişdir.
   Rayonun Sahil qəsəbəsində ət kəsimi və satış məntəqələrindəki baytarlıq sanitariya vəziyyəti, sanitar-gigiyena normalarına əməl edilməsi halları yerində araşdırılmışdır.
   Araşdırma nəticəsində 12 ət kəsimi və satışı ilə məşğul olan sahibkarlıq subyektlərindəki qanun pozuntuları və antisanitar vəziyyətin aradan qaldırılması üçün kəsim və satış yerlərinin sahiblərinə xəbərdarlıqlar edilmiş, ciddi nöqsanlar aşkar olunan məntəqələrdə qanunamüvafiq qaydada protokollar və cərimələr tətbiq edilmişdir.
   Əhalinin qida təhlükəsizliyinin təmin olunması üçün monitorinqlər davam edəcək və vəziyyət nəzarətdə saxlanılacaqdır.

 

Keçidlər