Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər günü”nə həsr olunmuş intellektual oyun

29 oktyabr 2021 | 11:00

“8 Noyabr – Zəfər Günü” münasibətilə 29 oktyabr  2021-ci il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında Qaradağ rayon Gənclər və İdman İdarəsi və Ə.Əmirov adına Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə rayonun məktəb komandaları arasında Breyn-rinq intellektual oyunu keçirildi. Tədbir Azərbaycan  Dövlət Himninin oxunması ilə başlandı.
Tədbirdə  Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, İctimai-siyasi və humanitar məsələlər şöbəsnin müdiri Munis Bayramov  iştirak edirdi. Açılışda çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova “8 Noyabr - Zəfər Günü”nün tarixi əhəmiyyətindən, 44 günlük müharibə dövründə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin əldə etdiyi şanlı qələbədən danışdı. Qeyd olundu ki, “Zəfər Günü” ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə silsilə tədbirlərin keçirilməsi barədə tədbirlər planı təsdiq edilmişdir ki, keçirilən Breyn-rinq oyunu da həmin tədbirlər planının tırkib hissəsidir.
Münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. 12 komandanın iştirakı ilə keçən bilik yarışının ümumi yekun nəticəsinə görə  I yerə 288 № li məktəbin komandası, II yerə 228 № li məktəbin komandası, III yerə 139 № li məktəbin komandası layiq görüldü. Qaliblər fəxri fərmanlar, medallarla təltif edildi.

 

Keçidlər